Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Ehtiyatımız borcumuzu 5 dəfə üstələdi

Ehtiyatımız borcumuzu 5 dəfə üstələdi


14-05-2016, 16:51. Yazar: Xeberaz
Ehtiyatımız borcumuzu 5 dəfə üstələdi
2016-cı ilin I rübünün sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 25 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 5 dəfə üstələyib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının pul siyasəti icmalında deyilir.

İcmalda deyilir ki, hesabat dövründə ölkənin strateji valyuta ehtiyatları zəruri həcmdə qorunub.

Ölkənin aprelin 1-nə olan strateji valyuta ehtiyatları 38 milyard dolları ötür. SOFAZ-ın aktivləri 34,25 milyard dollar təşkil edir. Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyataları isə 4065,8 milyon dollardır.
Geri dön