Ana Sayfa > Karusel / Hadisə / M2 > Dəhşətli qəzanı törədən sürücü tutuldu - Rəsmi

Dəhşətli qəzanı törədən sürücü tutuldu - Rəsmi


14-05-2016, 16:17. Yazar: Xeberaz
Dəhşətli qəzanı törədən sürücü tutuldu - Rəsmi

Daxili İşlər Nazirliyi ötən gün Astarada baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən verilən məlumata görə, mayın 13-də saat 10 radələrində Astaranın Çayoba kəndində Xaçmaz sakini Vüsal Xudaverdiyevin idarə etdiyi “KamAZ” və Astara rayon sakini Qalib Əliyevin idarə etdiyi “Mersedes-Benz” markalı (mikroavtobus) avtomobillər toqquşub və hər iki avtomobil aşıb.

V.Xudaverdiyev hadisə yerindən qaçıb. Nəticədə Q.Əliyevin sərnişinlərindən rayon sakinləri Yeganə Əliyeva və Ramil Quliyev hadisə yerində ölüb, digər 9 sərnişini xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Xudaverdiyev tutulub.

Araşdırma aparılır.
Geri dön