Ana Sayfa > Karusel / Dünya / M2 > Bu gün Ərdoğanın qızının toyudur

Bu gün Ərdoğanın qızının toyudur


14-05-2016, 15:45. Yazar: Xeberaz
Bu gün Ərdoğanın qızının toyudur


Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğanın toy mərasimi keçiriləcək

"Xəbəraz.az "-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, iş adamı Səlcuk Bayraqdar ilə ailə həyatı quran S. Ərdoğanın toy mərasiminə 6 min qonaq dəvət edilib.

İstanbulda təhülkəsizlik tədbriləri gücləndirilib.

Yəhya Kamal Beyatlı sərgi mərkəzində baş tutacaq mərasim üçün artıq yaxınlıqda yerləşən bəzi yollar bağlanıb.

S. Ərdoğanın nigah şahidi Baş nazir Əhməd Davudoğlu, Səlcuk Bayraqdarın isə nikah şahidi Baş Qərargah rəisi general Hulisi Akardır.

Toy mərasim Türkiyə vaxtı ilə 15:00-da başlayacaq.

Hazırda İstanbul Böyükşəhər və Küçükçəkməcə Bələdiyyələrin əməkdaşları tərəfindən mərkəzin ətrafına təmizlik işləri aparılır.

Geri dön