Ana Sayfa > Karusel / Dünya / M2 > Ermənilər Sərkisyanın evinə hücum etdi

Ermənilər Sərkisyanın evinə hücum etdi


14-05-2016, 15:40. Yazar: Xeberaz

Ermənilər Sərkisyanın evinə hücum etdi

İrəvanda Ermənistan hakimiyyəti əleyhinə etiraz aksiyası keçirilib.

"Xəbəraz.az " xəbər verir ki, aksiya zamanı iştirakçılar Prezident Serj Sərkisyanın iqamətgahına hücum edib.

“Biz ölkənin sahibiyik” adlı qrupun aksiya keçirdiyi əraziyə polis və xüsusi təyinatlılar yeridilib.

Etirazçılar müdafiə naziri və xarici işlər nazirinin istefasını, eləcə də Dağlıq Qarabağa sülhməramlıların yeridilməsi təşəbbüsünə qarşı çıxıblar.

Mitinq iştirakçıları ölkə rəhbərinin iqamətgahına yürüş ediblər. Lakin polis onların yolunu kəsib. İştirakçılar 15 dəqiqə ərzində Sərkisyanın evindən çıxıb onların tələblərini dinləməsini tələb ediblər.

Geri dön