Ana Sayfa > Karusel / Maraqlı / M2 > Təbiəti kabab məhəbbəti ilə sevmək olmaz - Nazir

Təbiəti kabab məhəbbəti ilə sevmək olmaz - Nazir


14-05-2016, 02:12. Yazar: Xeberaz
Təbiəti kabab məhəbbəti ilə sevmək olmaz - Nazir

Qeyri-qanuni balıq tutanlara qarşı çox qətiyyətli, kəskin tədbirlər görülür.

Report-un məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov "ASAN radio"nun “QəbuldaASAN” verilişində deyib.

"Son bir neçə ayda insanların iqtisadi vəziyyətində problemlər yarana bilər deyə, balıqçıların lisenziya almalarına kömək məqsədilə müəyyən addımlar atıldı. Cərəyanla balıq tutuanlara qarşı nazilik tərəfindən həmişə qətiyyətli və kəskin tədirlər görülüb. Ola bilər tədbirlər həmişə effekt vermir. Biz bütün həvəskar balıqçıları əməkdaşlığa dəvət edirik. Yəni, bu istiqamətdə iş gedir və diqqətimizdədir", - deyə, nazir vurğulayıb.

O, təbiəti sevənlərin iki cür olduğunu da qeyd edib: "Təbiəti kabab məhəbbəti ilə sevmək lazım deyil".
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Geri dön