Ana Sayfa > Karusel / Dünya / M2 > Kerri prezidentlərlə Qarabağı müzakirə edəcək

Kerri prezidentlərlə Qarabağı müzakirə edəcək


14-05-2016, 02:10. Yazar: Xeberaz

Kerri prezidentlərlə Qarabağı müzakirə edəcək
ABŞ dövlət katibi Con Kerri yaxın günlərdə dünya turnesi zamanı Azərbaycan və Ermənistan rəhbərlikləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin Departamentin saytında dərc olunan məlumatında bildirilir:

"Mayın 16-17-də ABŞ dövlət katibi Vyanaya səfər edəcək. Dövlət katibi orada ABŞ-ın Rusiya və Fransa ilə birlikdə keçirəcəyi Dağlıq Qarabağ münaqişəsi üzrə görüşdə iştirak edəcək və Azərbaycan və Ermənistan rəhbərlikləri ilə müzakirələr aparacaq".
Geri dön