Ana Sayfa > Karusel / Gündəm / M2 > Tərtərdə atışma davam edir - İcra başçısı

Tərtərdə atışma davam edir - İcra başçısı


14-05-2016, 01:50. Yazar: Xeberaz

Tərtərdə atışma davam edir - İcra başçısı
Tərtər rayonunun yaşayış məntəqələrinin erməni silahlı bölmələri tərəfindən atəşə tutulması hazırda davam edir.

Bunu Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

M.Məmmədov deyib ki, ermənilər artilleriyadan Tərtər rayonunun Qəzyan kəndinin ərazisini atəşinə tuturlar: "Atışma davam edir. Mərmilər əkin sahələrinə düşüb".

Qeyd edək ki, bu gün Müdafiə Nazirliyinin yaydığı məlumatda saat 18:20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qəzyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb.
Geri dön