Ana Sayfa > Karusel / Gündəm / M2 > 12 partlayış yerinə baxış keçirildi
12 partlayış yerinə baxış keçirildi14-05-2016, 01:35. Yazar: Xeberaz |
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlanıb. ANAMA-dan verilən məlumata görə, hesabatda bildirilir: Tərtər rayonu Ağkənd kəndi - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilmiş, 14 000 kv. m ərazi yoxlanılmışdır. Qazyan kəndi - 2 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilmiş, 10 000 kv. m ərazi yoxlanılmışdır. Qaynaq kəndi - 3 otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, 600 kv. m ərazi yoxlanılmışdır. Cəmi: Gün ərzində 5 ev və həyətyanı sahədə, 3 otlaq sahəsində 12 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 24 600 kv. m ərazi yoxlanılmışdır. Ağdam rayonu Çəmənli kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilmiş, 5 000 kv. ərazi qəlpələrdən təmizlənmış, heç bir PHS aşkar olunmamışdır. Cəmi: 1 əkin sahəsində 1 partlayış yeri aşkar edilmiş və 5 000 kv. m ərazi təmizlənmışdir. Füzuli rayonu Şükürbəyli kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, 420 kv.m ərazi qəlpələrdən təmizlənmış, PHS aşkar olunmamışdır. Cəmi: 2 əkin sahəsi, 2 partlayış yeri aşkar edilmiş və 420 kv. m ərazi təmizlənmışdir. 13 May tarixində 5 ev və həyətyanı sahədə, 6 otlaq sahəsi daxil olmaqla 15 partlayış yerinə baxış keçirilmiş, gün ərzində 30 020 kv. m ərazi təmizlənmişdir. Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 13 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 474 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 420 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdır. Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir. Geri dön |