Ana Sayfa > Karusel / Gündəm / M2 > Ermənistan öz PUA-sını vurdu

Ermənistan öz PUA-sını vurdu


13-05-2016, 23:22. Yazar: Xeberaz

Ermənistan öz PUA-sını vurdu
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulmasına dair xəbərinə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Report-un sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında olan bütün PUA-lar yerindədir.

"Dəqiq məlumata görə isə erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir.

Bildiririk ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus “X-55” tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.

Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib", - deyə sorğuda qeyd olunub.

Geri dön