Ana Sayfa > Karusel / Gündəm / M2 > Cəbhədə döyüş başladı: Ermənilər yaşayış evlərini vurur

Cəbhədə döyüş başladı: Ermənilər yaşayış evlərini vurur


13-05-2016, 23:19. Yazar: Xeberaz


Cəbhədə döyüş başladı: Ermənilər yaşayış evlərini vurur
Mayın 13-ü saat 18.20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qəzyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb.

"Xəbəraz.az "Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir.

Bu cür təxribatların nəticəsi olaraq gələcəkdə baş verə biləcək hadisələrə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür..

Geri dön