Ana Sayfa > Karusel / Gündəm / Sitat > Şəhidimiz dəfn edildi - Foto

Şəhidimiz dəfn edildi - Foto


13-05-2016, 21:48. Yazar: Xeberaz

Şəhidimiz dəfn edildi - Foto
Ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycan əsgəri dəfn edilib.

APA-nın məlumatına görə, 20 yaşlı Rahil Rafiq oğlu Ərəbli doğulduğu Şirvan şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhər İcra Hakimiyyətinin rəsmiləri, şəhidin əsgər yoldaşları, doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Rahil Rafiq oğlu Ərəbli mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada şəhid olub.

Allah rəhmət eləsin!

Şəhidimiz dəfn edildi - Foto
Geri dön