Ana Sayfa > Karusel / Dünya / M2 > Məşhur aktyor Obamanı tənqid etdi

Məşhur aktyor Obamanı tənqid etdi


13-05-2016, 21:12. Yazar: Xeberaz

Məşhur aktyor Obamanı tənqid etdi
Məşhur amerikalı aktyor Maykl Duqlas ABŞ Prezidenti Barak Obamanı tənqid edib.

"Xəbəraz.az " xəbər verir ki, aktyor Obamanın prezident olduğu müddətdə nüvə silahı problemini həll etmək istiqamətində işlər görmədiyini bildirib. Duqlas prezidentin Xirosimaya səfərini də dəyərləndirib:

“Obama nüvə silahlarından imtinaya yetərincə cəhd göstərmədi. O məni xəyal qırıqlığına uğratdı. Amma inanıram ki, səlahiyyəti müddətində Xirosimada nüvə silahı ilə bağlı tutarlı sözlər deyəcək”.

Qeyd edək ki, Barak Obamanın bu ayın sonu Xirosimaya səfəri gözlənilir. Səfər baş tutsa, Obama Xirosimaya gedən ilk ABŞ prezidenti kimi tarixə düşəcək.
Geri dön