Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > İlhamə Quliyevanın köməkçisinin həbs müddəti artırıldı

İlhamə Quliyevanın köməkçisinin həbs müddəti artırıldı


13-05-2016, 17:16. Yazar: Xeberaz

 İlhamə Quliyevanın köməkçisinin həbs müddəti artırıldı


Bu gün Səbael rayon Məhkəməsində xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın həbs müddətinin uzadılması ilə prokurorluğun təqdimatına baxılıb.



"Xəbəraz.az " məlumatına görə, onun barəsində həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

Səbael rayon Məhkəməsinin qərarı ilə Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib. Şikayət də təmin edilməyib.
Geri dön