Ana Sayfa > Karusel / Hadisə / M2 > Sabunçu və Gəncədə yol qəzası: Ölənlər var

Sabunçu və Gəncədə yol qəzası: Ölənlər var


13-05-2016, 17:12. Yazar: Xeberaz
Sabunçu və Gəncədə yol qəzası: Ölənlər var
Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xəbəraz.az "-a verilən məlumata görə, ayın 12-də saat 13 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Babək Rəhimov idarə etdiyi “Mersedes” markalı avtomobillə (evakuator) yolu keçən 20-25 yaşlı qadını vurub.

Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Başqa bir yol-nəqliyyat hadisəsi isə Gəncə şəhəri ərazisində baş verib.

Mayın 13-də saat 04 radələrində şəhər sakini C.Əliyev idarə etdiyi VAZ-21074 markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişin isə xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.
Geri dön