Ana Sayfa > Karusel / Hadisə / M2 > Azərbaycanda 9-cu sinif şagirdi müəllimindən hamilə qaldı

Azərbaycanda 9-cu sinif şagirdi müəllimindən hamilə qaldı


13-05-2016, 17:06. Yazar: Xeberaz
Azərbaycanda 9-cu sinif şagirdi müəllimindən hamilə qaldı
Belə ki, müəllimin səyi nəticəsində Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan 15 yaşlı şagirdin bakirə olduğu haqda rəy verib
Şamaxı rayon Pirbəhli kənd orta məktəbində qeydə alınan şok olayla – şagirdin hamilə qalması ilə bağlı Təhsil Nazirliyi hərəkətə keçib. Bu haqda Modern.az saytına Şamaxı rayon Təhsil Şöbəsinin adının çəkilməsini istəməyən vəzifəli şəxsi bildirib. O, araşdırma aparıldığını qeyd edib:

“Hazırda hüquq-mühafizə orqanlarında işə baxılır. Prokurorluğun müvafiq qərarından sonra nəticələr barədə geniş açıqlama veriləcək”.

Qurum rəsmisi təhsil naziri Mikayıl Cabbarovun məsələni nəzarətə götürdüyünü vurğulayıb:

“Hazırda Şamaxı rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev Bakıda nazir Mikayıl Cabbarovun qəbulundadır. Hadisə necə olub, həkim hansı rəyi verib, bilmirəm...

Hazırda cənab nazirin göstərişinə uyğun olaraq, həmin məktəbə gedirəm. Məktəb direktoru və müəllimlərin, məktəbin həmkarlar təşkilatının izahatı alınacaq. Araşdırmalardan sonra nazirin göstərişinə uyğun qərar qəbul ediləcək”.

Qeyd edək ki, rayonun Pirbəhli kənd məktəbinin 9-cu sinif şagirdi müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb, onun hamiləliyin artıq 7-ci ayında olduğu bildirilir.

Məktəblinin valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına E.İbrahimovun mane olduğu bildirilir.

Belə ki, müəllimin səyi nəticəsində Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan 15 yaşlı şagirdin bakirə olduğu haqda rəy verib.

Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.
Geri dön