Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ açıqladı: Neft 141 dollar olacaq…

ABŞ açıqladı: Neft 141 dollar olacaq…


13-05-2016, 17:00. Yazar: Xeberaz

ABŞ açıqladı: Neft 141 dollar olacaq…

ABŞ Energetika Nazirliyi enerji bazarlarından 2040-cı ilə qədər olan gözləntilərini açıqlayıb.

"Xəbəraz.az " xəbər verir ki, nazirlik neftin qiymətinin əvvəllər də ucuzlaşdığını və yenidən yüksəldiyini qeyd edib.

Proqnozlara görə, 2040-cı ildə neftin qiyməti yüksələrək 141 dollar olacaq. “Blumberq” yazarı Layem Denninq bundan sonra hər il dünyada neft hasilatının 1 milyon barrel artacağını bildirib:

“Hazırda OPEK ölkələrinin gündəlik neft hasilatı 33 milyon barrelə bərabərdir. Bu rəqəmin 2040-cı ildə 47 milyon barrel olması gözlənilir”.

Nazirlik həmçinin bu müddətdə Rusiya, ABŞ və Çinin qaz hasilatını kəskin artıracağını qeyd edib.

Geri dön