Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD Türkiyəyə qarşı hazırlıq görür - İnanılmaz iddia

İŞİD Türkiyəyə qarşı hazırlıq görür - İnanılmaz iddia


13-05-2016, 04:24. Yazar: Xeberaz
İŞİD Türkiyəyə qarşı hazırlıq görür - İnanılmaz iddia
İŞİD terror qruplaşması Türkiyənin müdaxiləsinə qarşı hazırlıq görür, Türkiyə-Suriya sərhəd xəttinə minalar düzməklə yanaşı, Azez-Cerablus bölgəsinə də xeyli döyüşçü toplayır.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzeti məlumat yayıb.

Məlumata görə, son bir ay ərzində 700-ə yaxın İŞİD döyüşçüsü Rakkadan Hələbə göndərilib.

Digər tərəfdən isə Palmiradakı İŞİD-çilər də avtobuslarla Cerablusa gəlib. Cerablusdakı terrorçuların döyüşə hazır vəziyyətə gətirildiyi bildirilib.

İŞİD-çilərin Türkiyə Silahlı Qüvvələrinə qarşı hazırlıq tədbirləri gördüyü ehtimal olunur.

Qeyd edək ki, Azez-Cerablus xətti Türkiyənin təhlükəsiz bölgə olaraq beynəlxalq ictimaiyyətə təklif etdiyi ərazidir.
Geri dön