Ana Sayfa > Karusel / Dünya / M2 / Xəbəraz TV > General hərbi maşının dəstəyini qırdı, Putin... - Video

General hərbi maşının dəstəyini qırdı, Putin... - Video


12-05-2016, 22:01. Yazar: Xeberaz
General hərbi maşının dəstəyini qırdı, Putin... - Video

Rusiya Prezidenti Vladimir Putinin Soçidə ölkənin SQ-nin yeni texnikasına baxış zamanı maraqlı hadisə baş verib.
"Xəbəraz.az " xəbər verir ki, hərbi texnikaya baxış zamanı ekskursiyaya rəhbərlik edən general Aleksandr Şevçenko prezident üçün “UAZ Patriot” hərbi avtomibilinin qapısını açmağa tələsib. İlk cəhddən qapını aça bilməyən general güc tətbiq edib və qapının dəstəyini qırıb.

Generalın hərəkətini Vladimir Putin gülüşlə qarşılayıb. “Əhsən”, - Rusiya prezidenti deyib və gülümsəyib.

Sonradan mütəxəssislər izah ediblər ki, “UAZ Patriot”un qapıları avtomatik bağlanır. Qapını açmaq üçün əvvəlcə avtomobili işə salmaq lazımdır. Nəqliyyat vasitəsinin mühərriki söndürülmüş vəziyyətdə olanda yalnız sürücü tərəfdə olan qapı açılır.


Geri dön