Ana Sayfa > Karusel / Dünya / M2 > Ermənistan ordusunun rəhbərliyində həbslər başladı

Ermənistan ordusunun rəhbərliyində həbslər başladı


12-05-2016, 21:35. Yazar: Xeberaz

Ermənistan ordusunun rəhbərliyində həbslər başladı

Ermənistan ordusunun avtonəqliyyat xidmətinin rəisi, polkovnik David Abramyan həbs edilib.

"Xəbəraz.az " bildirir ki, bu barədə aysor.am saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkənin İstintaq Komitəsinin rəsmisi Sona Truzyan Abramyanın Komitənin Baş Hərbi İstintaq İdarəsində araşdırılan cinayət işi çərçivəsində həbs olunduğunu deyib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan prezidenti Serj Sərkisyan ordunun yüksək vəzifəli generallarını işdən qovmuşdu. Onlar Qarabağdakı Dördgünlük müharibədə məğlubiyyətə gətirib çıxarmış səhlənkarlığa və döyüşə lazımı hazırlıq görülməməsinə görə cəzalandırılıblar.

Ekspertlər prosesin davamlı olacağını bildirirlər.
Geri dön