Ana Sayfa > Karusel / Dünya / M2 > Ruslar Krımda müsəlmanların evlərinə girdi

Ruslar Krımda müsəlmanların evlərinə girdi


12-05-2016, 20:11. Yazar: Xeberaz

Ruslar Krımda müsəlmanların evlərinə girdi

Rusiya hərbçiləri Krım yarımadasının Baxçasaray şəhərində vətəndaşlara məxsus ev və obyektlərdə axtarışlara başlayıb.

"Xəbəraz.az " xəbər verir ki, məlumatı “Krım xəbər agentliyi” yayıb.

Məlumata görə, hərbi geyimdə olan silahlı şəxslər şəhərin 6-cı mikrorayon ərazisində tatarlara məxsus 3 evdə və 1 iaşə obyektində axtarışlar aparıb.

Axtarışların hansı məqsədlə aparıldığı bəlli deyil.

Qeyd edək ki, rusların tatarlara qarşı təzyiqləri günü-gündən artmaqdadır.
Geri dön