Ana Sayfa > Karusel / Şou-Biznes > Ayanın əsl adı Samirə imiş

Ayanın əsl adı Samirə imiş


14-03-2015, 14:30. Yazar: Xeberaz
Ayanın əsl adı Samirə imiş
Müğənni Ayan Babakişiyevanın əsl adının Samirə olduğu ortaya çıxıb.

Xeberaz.az-ın məlumatına görə, bu haqda "Star life"da danışan ifaçı məsələyə aydınlıq gətirib:

"Səkkizinci sinfə qədər Gəncədə oxumuşam, məktəb yoldaşlarım adımı Samirə bilirdi. Sonra təhsilimi Moskvada davam etdirdim. Qardaşımın adı Samirdi, biz əkizik. Ona görə də yaxınlarımız deyib ki, qızın adı Samirə olsa yaxşıdır. Yəhudilərdə adət var, uşağın iki adı olur: bəlli yaşa qədər bir adla çağırırlar, sonra başqa isim verirlər. Mənim səhnə adım Ayandır. Bu o demək deyil ki, Samirə adını bəyənmirəm. Bu isimdə sənət dostlarım var, hamısına da hörmət edirəm".
Geri dön