Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya ən güclü gəmisini Xəzərə qaytardı

Rusiya ən güclü gəmisini Xəzərə qaytardı


12-05-2016, 17:12. Yazar: Xeberaz
Rusiya ən güclü gəmisini Xəzərə qaytardı

Rusiyanın Xəzər donanmasının flaqmanı olan “Tatarıstan” raket gəmisi yenidən Xəzər dənizinə buraxılıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb. Gəmi modernizasiya edilərək istismara verilib. Moskva bu gəminin Qafqaz-2016 hərbi təlimində iştirak edəcəyini də bildirib.

Qeyd edək ki, Qafqaz-2016 hərbi təlimi sentyabrda baş tutacaq. Təlim Krım yarımadasında, Qafqazda, Xəzər dənizində keçiriləcək.
Geri dön