Ana Sayfa > Karusel / Dünya / M2 > Qondarma rejim: “Tiflisin revanşından qorxuruq”

Qondarma rejim: “Tiflisin revanşından qorxuruq”


12-05-2016, 17:08. Yazar: Xeberaz

Qondarma rejim: “Tiflisin revanşından qorxuruq”
Gürcüstandakı revanşçı əhval-ruhiyyədən qorxuruq.

"Xəbəraz.az " xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında qondarma Cənubi Osetiya liderinin mətbuat katibi Qana Yanovskaya söyləyib. Onun sözlərinə görə, Cənubi Osetiyanın Rusiya ilə müttəfiqlik haqqında müqaviləsi var və əgər nəsə olarsa, Moskva onları müdafiə edəcək:

“Biz Gürcüstanın müttəfiqlərinin onu revanşa hazırladığını istisna etmirik. Biz prosesləri diqqətlə izləyirik”.

Qeyd edək ki, dünən Gürcüstanda “Layiqli tərəfdaş 2016” hərbi təlimi başlayıb. Təlimdə 1300 hərbçi iştirak edir. Bunun böyük bir hissəsi ABŞ və Böyük Britaniya hərbçiləridir.
Geri dön