Ana Sayfa > Karusel / Dünya / M2 > Əliyev-Sərkisyan görüşünə Rusiyadan açıqlama

Əliyev-Sərkisyan görüşünə Rusiyadan açıqlama


12-05-2016, 16:55. Yazar: Xeberaz
Əliyev-Sərkisyan görüşünə Rusiyadan açıqlama
Rusiya, ABŞ və Fransa xarici işlər nazirləri mayın 16-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sərkisyan arasında baş tutacaq görüşdə iştirak etmək niyyətindədir.

"Xəbəraz.az "TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Növbəti həftə Vyanada Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılır. Həmçinin görüşdə Minsk Qrupunun xarici işlər nazirlərinin iştirakı da nəzərdə tutulur”, - Zaxarova bildirib.

Geri dön