Ana Sayfa > Karusel / Hadisə / Fotogalereya > Bakıda oğlan anası ilə birləşib 14 yaşlı qızı qaçırdı...

Bakıda oğlan anası ilə birləşib 14 yaşlı qızı qaçırdı...


12-05-2016, 16:22. Yazar: Xeberaz

Bakıda oğlan anası ilə birləşib 14 yaşlı qızı qaçırdı...

Paytaxtda 14 yaşlı qız qaçırılıb.

Bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Mərdəkan qəsəbə sakini Vəfa Bənnayeva polisə ərizə ilə müraciət edərək qızı, 14 yaşlı S.Nəbiyevanın qaçırıldığını bildirib.

Araşdırmalar zamanı qızın Bəxtiyar və onun anası Güləndam adlı şəxslər tərəfindən evlənmək məqsədi ilə qaçırıldığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.(APA)
Geri dön