Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz TV > Bu küçə istifadəyə verildi - Video

Bu küçə istifadəyə verildi - Video


12-05-2016, 15:57. Yazar: Xeberaz
Bu küçə istifadəyə verildi - Video
Xətai rayonu Sadıqcan küçəsi təmir edilərək istifadəyə verilib.

Azəravtoyol ASC-dən verilən məlumata görə, aparılan təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınıb, ərazidən daşınıb.

Ümumilikdə, küçənin 15 min m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb və küçə boyu 2 min p/m yeni səki daşı düzülüb.

Piyadaların rahat və təhlükəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədi ilə piyada səkiləri bərpa olunaraq asfaltlanıb. Bundan başqa zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib
.
Geri dön