Ana Sayfa > Karusel / Dünya / M2 > Ərdoğan gündəlik iş qrafikini açdı
Ərdoğan gündəlik iş qrafikini açdı11-05-2016, 17:55. Yazar: Xeberaz |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gündəlik məşğuliyyəti barədə məlumat verib. "Xəbəraz.az "xəbər verir ki, prezident “Parlament” jurnalına verdiyi müsahibəsində sıx iş rejiminə baxmayaraq, idmana da vaxt ayırdığını deyib: “Mövsümi olaraq yoldaşlarımla açıq havada idman edirəm. Səhər yeməyi əsnasında xəbər xülasələrini və qəzetləri gözdən keçirirəm, gün ərzində görəcəyim işləri götür-qoy edirəm. Çox vaxt işim gecə saatlarında bitir. Sonra sabahın proqramını nəzərdən keçirir və istirahətə çəkilirəm. Təkcə həftə sonlarını, ən azından bir hissəsini ailəmlə keçirməyə çalışıram”. Geri dön |