Ana Sayfa > Karusel / Dünya / M2 > Sizi Züqanovzadə, Kolomey ağa çağıracaqlar - Jirinovski

Sizi Züqanovzadə, Kolomey ağa çağıracaqlar - Jirinovski


11-05-2016, 17:10. Yazar: Xeberaz
Sizi Züqanovzadə, Kolomey ağa çağıracaqlar - Jirinovski

Rusiyadakı 1917-ci il inqilabı daxil olmaqla, bütün inqilablar xaricdən edilib.

"Xəbəraz.az " xəbər verir ki, bunu Rusiya Dumasında çıxışı zamanı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

Onun sözlərinə görə, Leninin seçilməsində Rusiya xalqının heç bir rolu olmayıb və o, xarici qüvvələrin yardımı ilə hakimiyyətə gətirilib.

O, hazırda Rusiyaya qarşı mübarizənin keçmiş sovet respublikalarının ondan ayrılması ilə aparıldığını bildirib. Jirinovski həmçinin heç bir inqilabı dəstəkləməməyə və “rus torpaqları”nı parçalamamağa çağırıb.

Siyasətçi rəqibi olan Kommunist Partiyasının rəhbəri Gennadi Züqanovu da Azərbaycan soyadı ilə çağırıb:

“Bir azdan bizi rus soyadlarımızı dəyişməyə məcbur edəcəklər. Kolomeyevləri siz “Kolomey ağa” adlandıracaqsınız. Züqanov çevrilib “Züqanovzadə” olacaq. Sizi məcbur edəcəklər və siz də internasional xətrinə buna gedəcəksiniz ki, təki xalqların dostluğu olsun”.

Geri dön