Ana Sayfa > Karusel / Dünya / M2 > Tanınmış yazıçılar prezidentə məktub yazdı - Etiraz

Tanınmış yazıçılar prezidentə məktub yazdı - Etiraz


11-05-2016, 13:59. Yazar: Xeberaz
Tanınmış yazıçılar prezidentə məktub yazdı - Etiraz
Dünyanın 120-dən artıq tanınmış yazıçısı Misir Prezidenti Əbdül Fəttah Sisiyə məktub yazıb.

"Xəbəraz.az " “Qardian”a istinadən xəbər verir ki, onlar yazdıqları məktubda prezidentdən yazıçı Əhməd Nəcinin azadlığa buraxılmasını tələb ediblər. Tanınmış yazıçılar Filip Rot, Dav Eqqers, Patti Smit, rejissor Vudi Allen məktubu imzalayanlar arasındadır.

Əhməd Nəcinin seksual məzmunlu əsər yazdığına görə həbs olunduğu deyilsə də, yaxınları yazıçının ölkədəki korrupsiya ilə bağlı məqalələr yazdığı üçün tutulduğunu deyir.

Qeyd edək ki, Əhməd Nəci iki il müddətinə azadlıqdan məhrum edilib.

Geri dön