Ana Sayfa > Karusel / İdman / M2 > Millimizin futbolçusu “Bavariya”ya gedir

Millimizin futbolçusu “Bavariya”ya gedir


11-05-2016, 13:23. Yazar: Xeberaz

Millimizin futbolçusu “Bavariya”ya gedir
17 yaşadək futbolçulardan ibarət millimizin üzvü Barış Əkinciər karyerasını Almaniya nəhəngi “Bavariya”da davam etdirə bilər.

"Xəbəraz.az " xəbər verir ki, Münhen təmsilçisinin nümayəndələri Bakıda keçirilən Avropa çempionatı zamanı 1999-cu il təvəllüdlü yarımmüdafiəçinin çıxışını bəyənib.

Bu səbəbdən futbolçunun ailəsi də Bakıya təşrif buyurub və tərəflər arasında danışıqlar davam edir. Avropa çempionatından sonra isə transferin rəsmiləşmə ehtimalı yüksəkdir. Sport7.az-ın məlumatına görə, razılıq əldə olunacağı halda Barış özünü sübut edənə qədər "Bavariya"nın əvəzedici komandasında çıxış edəcək.
Geri dön