Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ hərbi texnikası Qafqazda hərəkətə keçdi

ABŞ hərbi texnikası Qafqazda hərəkətə keçdi


11-05-2016, 13:12. Yazar: Xeberaz

ABŞ hərbi texnikası Qafqazda hərəkətə keçdi

Bu gün Gürcüstanda “Layiqli tərəfdaş-2016” hərbi təlimi başlayır.

"Xəbəraz.az " xəbər verir ki, təlim Bakı vaxtı ilə saat 13:30-da start götürəcək. Təlimin açılış mərasimi Vaziani hərbi bazasında keçiriləcək.

Qeyd edək ki, təlimdə 1300 amerikalı, britaniyalı və gürcü hərbçi iştirak edəcək. Artıq ABŞ öz hərbi texnikasını Gürcüstanda yerləşdirib. Hərbi təlim mayın 26-na qədər davam edəcək.

Rusiya isə bu hərbi təlimə qarşı çıxır. Rəsmi Moskva Vaşinqtonun bu addımla Qafqazda situasiyanı gərginləşdirdiyini bildirib.

Geri dön