Ana Sayfa > Karusel / Hadisə / M2 > Akademikin arvadı da öldü

Akademikin arvadı da öldü


11-05-2016, 12:00. Yazar: Xeberaz

Akademikin arvadı da öldü

AMEA Nəsimi adına Dilçilik İnstitutunun keçmiş direktoru, mərhum akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva vəfat edib.

Mərhumun ailə üzvlərinin APA-ya verdiyi məlumata görə, Tamara Hacıyeva ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, ötən ilin noyabr ayında Tofiq Hacıyev yaşadığı mənzildə dəm qazından zəhərlənərək dünyasını dəyişib. Hadisə baş verən zaman Tamara Hacıyeva da dəm qazından zəhərlənmişdi və bundan sonra bir müddət koma vəziyyətində olmuşdu.
Geri dön