Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ-ın hazırlığını alqışlayırıq - Zaxarova

ABŞ-ın hazırlığını alqışlayırıq - Zaxarova


10-05-2016, 19:26. Yazar: Xeberaz

ABŞ-ın hazırlığını alqışlayırıq - Zaxarova
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyada atəşkəsin bərqərar olması istiqamətində hazırlığını alqışlayır.

"Xəbəraz.az " xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova çıxış edib.

"Suriyada zorakılığın, qan tökülməsinin dayandırılmasına, terrorizmə qarşı yönəldilmiş səylərimizi davam etdirəcəyik, partnyorlarımızın da bu istiqamətdə atdığı addımları alqışlayırıq. 9 mayda Rusiya və ABŞ arasında aparılan danışıqlardan sonra da Suriyadakı vəziyyətin normallaşması istiqamətində irəliləyiş hiss edildi”, - Zaxarova qeyd edib.
Geri dön