Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya təhlükəli raketi silahlanmaya qəbul edir
Rusiya təhlükəli raketi silahlanmaya qəbul edir10-05-2016, 14:43. Yazar: Xeberaz |
RS-26 Yars-M raketi 2017-ci ildə Rusiya ordusunun silahlanmasına qəbul ediləcək. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Qeyd edək ki, RS-26 RS-24-ün əsasında hazırlanıb. Hər iki ballistik raket texniki xarakteristikası haqqında indiyə qədər dəqiq məlumat verilmir. Rusiya rəsmilərinin açıqlamalarından bəlli olan tək şey RS-26-nın RS-24-dən daha yüngül olacağıdır. RS-24 11 min kilometr məsafədəki bütün hədəfləri məhv etmək qabiliyyətinə sahibdir. Raket nüvə başlığı daşımağa da qadirdir. O, 2007-ci ildə yaradılıb. Geri dön |