Ana Sayfa > Karusel / Dünya / M2 > Kral Netanyahuya 80 milyon göndərib

Kral Netanyahuya 80 milyon göndərib


10-05-2016, 12:43. Yazar: Xeberaz

Kral Netanyahuya 80 milyon göndərib
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz İsrail Baş naziri Benyamin Netanyahunun seçki kampaniyasını maliyyələşdirib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə İsrail İşçi Partiyasının sədri və millət vəkili İsak Herzoq məlumat yayıb.

O bu barədə informasiyanın “Panama sənədləri”ndə də yer aldığını və kralın Netanyahuya 80 milyon dollar verdiyini bildirib:

“Pullar Məhəmməd Əyad Qayalı adlı şəxs vasitəsilə göndərilib. Daha sonra isə israilli milyarder Tedi Saqqinin Britaniya Vircin Adalarındakı şirkətinə köçürülüb”.

Qeyd edək ki, Netanyahu ötən ilin martında 4-cü dəfə İsrail baş naziri seçilib.
Geri dön