Ana Sayfa > Karusel / Gündəm / M2 > Fond sabah qalibləri açıqlayacaq

Fond sabah qalibləri açıqlayacaq


10-05-2016, 12:34. Yazar: Xeberaz
Fond sabah qalibləri açıqlayacaq

Mayın 11-i Azərbaycan Yaradıcılıq Fondu və Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan və Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Quran motivləri əsasında hekayələr” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.
"Xəbəraz.az " Sim-sim.az-a istinadən xəbər verir ki, tədbir saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Mükafatlandırma mərasimində dövlət və hökumət rəsmiləri, universitet rektorları, millət vəkilləri, müxtəlif elmi və yaradıcı təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, yazıçı və şairlər iştirak edəcək.

Tədbirə media əməkdaşları dəvətlidir.
Geri dön