Ana Sayfa > Karusel / Dünya / M2 > Saakaşvili rus müavini vəzifədən çıxardı

Saakaşvili rus müavini vəzifədən çıxardı


10-05-2016, 12:18. Yazar: Xeberaz
Saakaşvili rus müavini vəzifədən çıxardı


Mixail Saakaşvilinin müavini Mariya Qaydar vəzifəsindən kənarlaşdırılıb.

"Xəbəraz.az "xəbər verir ki, bu barədə Qaydar öz Feysbuk səhifəsində məlumat verib. Qaydar bundan sonra Mixail Saakaşvilinin məsləhətçisi vəzifəsini icra edəcək.

Qeyd edək ki, Mariya Qaydar keçən il Odessa qubernatorunun müavini təyin edilib. Təyinatından az sonra ona Ukrayna vətəndaşlığı verilib.

Mariya məşhur Rusiya siyasətçisi Yeqor Qaydarın qızıdır. O, 90-cı illərin əvvəllərində Rusiya baş nazirinin müavini vəzifəsini icra edib.
Geri dön