Ana Sayfa > Karusel / Dünya / M2 > İsrailin əhalisi 10 dəfə artıb

İsrailin əhalisi 10 dəfə artıb


10-05-2016, 12:01. Yazar: Xeberaz
İsrailin əhalisi 10 dəfə artıb

İsrail əhalisi 1948-ci ildən bu günə qədər 10 dəfə artaraq 8 milyon 500 min olub

"Xəbəraz.az " Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail Dövlət Statistika Qurumu İsrail dövlətinin quruluşunun 68-ci ildönümü münasibətilə İsrail əhalisinin sayını açıqlayıb. Açıqlamaya görə, İsrail əhalisi 1948 ci ildən bu tərəfə 10 dəfə artaraq 8 milyon 500 minə gəlib çatıb.

İsrail Dövlət Statistika Qurumunun açıqladığı rəqəmlərə görə, əhalinin 74,8%-ni yəhudilər, 20, 8%-ni, 1 milyon 800 min nəfər, ərəblər təşkil edir.

Xatırladaq ki, İsrail 1948-ci ildə yarandığı dövrdə Filistin sərhədləri daxilində yaşayan 156 min fələstinli, İsrailin ərazisində qalıb. İsrail fələstinli ərəbləri qova bilmədiyi həmin ərəblərə ərəblərə vətəndaşlıq verib.

Geri dön