Ana Sayfa > Karusel / Gündəm / M2 > Çox düşünən tez arıqlayır

Çox düşünən tez arıqlayır


10-05-2016, 11:58. Yazar: Xeberaz
Çox düşünən tez arıqlayır
Alimlər krossvord həll etməyin insanı arıqlatdığını sübuta yetirib

"Xəbəraz.az " musavat.com-a istinadən bildirir ki, tədqiqat müəllifləri bunu artıq çəki problemi olan şəxslərə xoş xəbər kimi təqdim edir. Onların bildirdiyinə görə, arıqlamaq istəyən şəxsin fiziki işə həvəsi yoxdursa, o, özünü zehni əməyə verməlidir: krossvord həll etməli, pazl yığmalı və ya məntiqi tapşırıqlarla məşğul olmalıdır.

Məsələ ondadır ki, intellektual işin öhdəsindən gəlmək üçün beyinə daha çox kalori tələb olunur. Beynin bu cür fəaliyyəti zamanı orada milyonlarla əsəb impulsu yaranır və bunun üçün böyük enerji tələb olunur. Nəticədə bu, insan orqanizminin kalori "xərcləməsinə" aparıb çıxarır.
Geri dön