Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > “Abbasla Ramalı harada görsəm, barışdıracam“

“Abbasla Ramalı harada görsəm, barışdıracam“


10-05-2016, 11:52. Yazar: Xeberaz
“Abbasla Ramalı harada görsəm, barışdıracam“
“Həmişə deyirəm ki, mahnılarımı kim istəyir oxusun. Amma elə ifa etsinlər ki, məndən yaxşı alınsın. Əgər məndən pis səsləndirəcəklərsə, yalvarıram mənim mahnılarımı oxumasınlar”

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Baloğlan Əşrəfov deyib. Müğənni “10-dan sonra” verilişində küsülü ifaçıları barışdırmaq istədiyini bildirib:

“Şou-biznesdə heç kimə şirinlik etmirəm. Kənara çəkilib, öz aləmimdəyəm. Heç kimlə də mübahisəm yoxdur. Hətta çalışıram küsülü müğənniləri barışdırım. Belə hallar olub. Bir də Abbas Bağırovla Ramal İsrafilovu barışdırmaq istəyirəm. Onları harda görsəm, bunu edəcəm. İki istedadlı ifaçının küsülü qalmasını istəmirəm”.

Geri dön