Ana Sayfa > Karusel / Dünya / M2 > İran S-300-ləri silahlanmaya qəbul etdi

İran S-300-ləri silahlanmaya qəbul etdi


10-05-2016, 10:17. Yazar: Xeberaz
İran S-300-ləri silahlanmaya qəbul etdi
İran ordusu S-300 raketdən müdafiə sistemlərini silahlanmaya qəbul edib.
Bunu jurnalistlərə açıqlamasında İranın Müdafiə naziri Hüseyn Dehqan söyləyib. Onun sözlərinə görə, İran həmçinin S-300-ə oxşar sistem olan yeni layihəni 2016-2017-ci illər ərzində reallaşdıracaq.

Qeyd edək ki, İran bundan öncə yeni “Bavar 373” komplekslərini hazırladığını bəyan edib. Həmin komplekslərin işlənməsində artıq son mərhələ icra edilir.

Rusiya İrana S-300 sistemlərini bu ilin aprelində verib.
Geri dön