Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Pirallahıda RQD və F-1 qumbarası tapıldı

Pirallahıda RQD və F-1 qumbarası tapıldı


10-05-2016, 10:15. Yazar: Xeberaz
Pirallahıda RQD və F-1 qumbarası tapıldı

Pirallahı sakininin evindən xeyli miqdarda silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Pirallahı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Faiq Sadıqovun evinə baxış zamanı fişəng atan tapança, 36 ədəd müxtəlif çaplı patron, 1 ədəd RQD və 1 ədəd F-1 qumbaraları, habelə dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Gədəbəy sakini isə Şəmkirdə odlu silah satarkən yaxalanıb.

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini Qabil Məmmədcəfərov “Makarov” markalı tapançanı, 29 ədəd patronu və 2 ədəd patron darağını həmyerlisi Niyaməddin Hüseynova satarkən tutulublar.

Hər iki faktla bağlı araşdırma aparılır.
Geri dön