Ana Sayfa > Karusel / Dünya / M2 > Ərdoğan Gülü toya dəvət etdi

Ərdoğan Gülü toya dəvət etdi


10-05-2016, 08:57. Yazar: Xeberaz

Ərdoğan Gülü toya dəvət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sələfi Abdullah Gülü qızı Süməyya Ərdoğanın toyuna dəvət edib.

Axar.az xəbər verir ki, toy mərasimi mayın 14-də İstanbulda keçiriləcək.

Xatırladaq ki, 31 yaşlı Süməyya yerli Pilotsuz Uçan Aparat istehsal edən “Baykar Makina”nın sahibi Özdəmir Bayraqdarın oğlu Səlcuq ilə nişanlanıb.

Səlcuq Bayraqdar elektron mühəndisliyini bitirib. Daha sonra ABŞ-a gedən Səlcuq Pensilvaniya Universitetində pilotsuz uçan aparat ixtisası üzrə magistr oxuyub, Massaçusets Texnologiya İnstitutunda (MİT) isə robot texnikası nəzarət sistemləri mövzusunda doktorluq müdafiə edib.
Geri dön