Ana Sayfa > Karusel / İqtisadiyyat / Dünya > İrana gediş-gəlişə məhdudiyyət yoxdur

İrana gediş-gəlişə məhdudiyyət yoxdur


24-04-2015, 20:05. Yazar: Xeberaz
İrana gediş-gəlişə məhdudiyyət yoxdur
“Bu məsələlər tənzimlənir”.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev son günlər bəzi KİV-lərdə Azərbaycandan İrana gediş-gəlişə məhdudiyyət qoyulması barədə dərc olunan yazılara münasibət bildirib.

Xeberaz.az APA-ya istinadən xəbər verir ki, komitə sədri iki ölkə arasındakı gömrük-keçid məntəqələrində buraxılışla bağlı heç bir məhdudiyyət olmadığını bildirib.

“Nəzərinizə çatdırım ki, son vaxtlar Azərbaycandan İrana və əks tərəfə gedib-gələnlərin sayı artıb. Novruz bayramı günlərində təkcə Biləsuvar gömrük keçid məntəqəsinə hər gün 3 mindən yuxarı insan müraciət edib.

Bu məsələlər tənzimlənir, məhdudiyyət qoyulmur. Xəstə insanların müalicə üçün İrana gedib-gəlməsinə də heç bir məhdudiyyət qoyulmur, insanlar rahat şəkildə gedib-gələ bilərlər”, - deyə, o, bildirib.
Geri dön