Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes / M2 > Firəngiz Mütəllimova: "Tamaşaçı üçün maraqsızdır"

Firəngiz Mütəllimova: "Tamaşaçı üçün maraqsızdır"


14-03-2015, 14:24. Yazar: Xeberaz
Firəngiz Mütəllimova: "Tamaşaçı üçün maraqsızdır"
Xalq artisti Firəngiz Mütəllimova Türkiyədən müayinədən qayıdıb.

Xeberaz.az-ın məlumatına görə, bir müddət əvvəl beynindən əməliyyat olunan aktrisa səhhətinin yaxşı olduğunu bildirib.

"Star life"a açıqlama verən F.Mütəllimova indi də dişlərində problem yarandığını deyib:

"Getdim Türkiyədə yoxlandım. Səhhətim qaydasındadır. Bircə dişimlə bağlı narahatlığım var. O da tezliklə həll olunacaq. Ondan sonra Akademik Milli Dram Teatrının səhnəsində sevənlərimin görüşünə gələcəm. Çoxdandır yeni tamaşada yer almıram. Gözəl pyes götürüb, oynayacam. Film, serial təklifləri almışam. Filmə çəkilmək istəyirdim, amma Bakıda olmadım, alınmadı. Serial təkliflərini qəbul etmirəm. Bir aktyorun iki-üç serialda görünməsini sevmirəm. Bu, həm tamaşaçı, həm də aktyorun özü üçün maraqsızdır. "Bacanaqlar"da çəkilirəm, bəsimdir".
Geri dön