Ana Sayfa > Karusel / Dünya / M2 > Cəbhədə erməni generalın qohumu vuruldu

Cəbhədə erməni generalın qohumu vuruldu


10-05-2016, 06:38. Yazar: Xeberaz

Cəbhədə erməni generalın qohumu vuruldu
Ötən gün Azərbaycanın işğal altında olan ərazilərində, təmas xəttində baş verən atışma zamanı erməni generalın qardaşı yaralanıb.

ANS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, 32 yaşlı Artur Saroqyan xəstəxanaya çatdırılıb. Onun vəziyyətini həkimlər ağır qiymətləndirir.

Məlumata görə, A.Saroyan Ermənistan parlamentinin deputatı, general Seyran Saroyanın yaxın qohumudur. Onun generalın əmisi oğlu olduğu deyilir.

General Saroyan birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlı əhaliyə qarşı xüsusi qəddarlığı ilə seçilib.
Geri dön