Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyə sərhədlərini PUA-lar qoruyacaq

Türkiyə sərhədlərini PUA-lar qoruyacaq


10-05-2016, 06:28. Yazar: Xeberaz

Türkiyə sərhədlərini PUA-lar qoruyacaq

Türkiyə sərhədlərini pilotsuz uçan aparatlar (PUA) qoruyacaq.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Baş Qərargah rəisi Hulusi Akar məlumat verib.

Generalın sözlərinə görə, terrorla mübarizədə əvəzsiz rolu olan PUA-lar yaxın gələcəkdə Türkiyədə istehsal olunacaq:

“Silahlı PUA istehsalı ilə bağlı iki şirkət hazırlıq görür. Sınaqlar son dərəcə uğurlu keçib. Bütün sınaqlar bitdikdən sonra kütləvi istehsala başlayacağıq. Yerli PUA-ların pis hava şəraitində manevri hətta ABŞ PUA-larından da üstün olacaq”.

Xatırladaq ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Nazirlər Kabinetinin iclası keçirilib. İclasda PUA və döyüş helikopterlərinin istehsalının artırılması müzakirə olunub.
Geri dön