Ana Sayfa > Karusel / Gündəm / M2 > Cənub qonşumuzda seçki təsiri: islahat başlayır

Cənub qonşumuzda seçki təsiri: islahat başlayır


10-05-2016, 06:12. Yazar: Xeberaz

Cənub qonşumuzda seçki təsiri: islahat başlayır
İranda parlament seçkilərinin nəticələri cəmiyyətin mühafizəkar siyasətə münasibətidir.

Bu barədə Axar.az-a analitik Vüqar Zifəroğlu açıqlama verib. Onun sözlərinə görə, İranda keçirilən parlament seçkilərində islahatçıların qələbəsi bu ölkənin daxilində yaxın gələcəkdə müəyyən siyasi yumşalmaların olacağına və islahatların keçiriləcəyinə ümid yaradır:

“Lakin bu nəticələr hələ o demək deyil ki, İran bir seçkinin nəticəsi ilə 1979-cu ilə inqilabından sonrakı simasını dəyişəcək və yeni bir quruluşda özünü göstərəcək. Üləmalar Məclisinə keçirilən seçkilər bu baxımdan çox önəmlidir. Məhz bu institut İran dövlətinə nəzarət mexanizmini həyata keçirir və orada təmsil olunanların da əksəriyyəti məhz mühafizəkar baxışlara malik din xadimləridir. Bu səbəbdən seçkilərinin nəticələrinin İranın xarici siyasətində, əsasən də Yaxın Şərqdə sərgilədiyi mövqeyə hər hansı bir şəkildə təsir edəcəyinə ehtimal vermirəm. İran əvvəlki kimi ətrafında “şiə hilalı” formalaşdırmaqda davam edəcək və hətta təsir mövqelərini genişləndirməyə çalışacaq”.

Qeyd edək ki, bu il İranın 21 vilayətində keçirilən parlament seçkilərində Həsən Ruhani qalıb gəlib.

Geri dön