Ana Sayfa > Karusel / Gündəm / M2 > Biz düşmənə qarşı birlikdə vuruşmuşuq - Axramoviç

Biz düşmənə qarşı birlikdə vuruşmuşuq - Axramoviç


10-05-2016, 05:03. Yazar: Xeberaz

Biz düşmənə qarşı birlikdə vuruşmuşuq - Axramoviç
Bugünkü bayram ümumi düşmənə qarşı birlikdə vuruşan bütün insanları, keçmiş Sovet İttifaqının bütün xalqlarını birləşdirir.

AzərTac xəbər verir ki, bu sözləri Bakının Nərimanov rayonundakı “Qardaş məzarı” memorial kompleksi qarşısında Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümü şərəfinə keçirilən mərasimində iştirak edən Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç jurnalistlərə müsahibəsində bildirib.

Səfir deyib: “Bu gün malik olduğumuz bütün nemətlərə görə biz veteranlara borcluyuq. Bu kateqoriyadan olan insanlara diqqət və yardım göstərilməsi borcumuz və çox mühüm vəzifəmizdir”.

G.Axramoviç veteranlara cansağlığı və uzun ömür arzulayıb, dünya tarixində bir daha heç vaxt belə bir qırğının baş verməyəcəyinə, mövcud ziddiyyətlərin isə yalnız sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib.

Geri dön