Ana Sayfa > Karusel / Gündəm / Maraqlı / M2 > Sabah Azərbaycanda qar yağacaq

Sabah Azərbaycanda qar yağacaq


24-04-2015, 14:51. Yazar: Xeberaz
Sabah Azərbaycanda qar yağacaq
Bakıda yağış gözlənilir.

Aprelin 25-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Xeberaz.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən xəbər verir ki, şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 13-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.
Geri dön